Şriftin ölçüsü :

Saytın rəngi :

"ASAN xidmət" mərkəzində könüllü olaraq çalışmaq istəyən gənclərlə görüş keçiriləcəkdir.

11 noyabr 2022 | 14:14
Əziz gənclər,
14 noyabr 2022-ci il tarixində saat 11:00-da Heydər Əliyev Mərkəzində Salyan regional "ASAN xidmət" mərkəzində könüllü olaraq çalışmaq istəyən gənclərlə görüş keçiriləcəkdir. Könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq hər bir 16-26 yaş arası gənc müraciət edə bilər. Könüllü fəaliyyət müddəti ərzində Könüllülər vətəndaş axının idarə olunmasında, vətəndaş məmnunluğunun təmin olunmasında, “ASAN xidmət” mərkəzinin daha operativ şəkildə fəaliyyət göstərməsinə yardımçı olurlar. Xidmət dövründə Könüllülər vətəndaşların qarşılanması, məlumatlandırılması, anketlərin doldurulması, elektron löhvələrdə işləmə, sıra növbələrinin verilməsi kimi işlərlə məşğul olurlar. 3 aylıq fəaliyyətin sonunda könüllülər müvafiq dərəcəli sertifikatlarla təltif olunurlar.
Məlumat üçün qeyd edək ki, könüllü fəaliyyəti zamanı hər hansı əmək haqqı nəzərdə tutulmur və işə götürülmək üçün əsas yaratmır.
Keçidlər