Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.

18 aprel 2023 | 08:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna

səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və  Birinci vitse-prezident Mehriban Əliyeva Salyan regional “ASAN xidmət” mərkəzinin və Salyan Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimlərində iştirak edib, Salyan RMX-nın 50 çarpayılıq Doğum Evində və 30 çarpayılıq Uşaq Xəstəxanasında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olublar.

 

Keçidlər