Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşid Mehdiyevin anım günü əlaqədar tədbir keçirilmişdir.

03 aprel 2024 | 10:09

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşid Mehdiyevin 

anım günü əlaqədar tədbir keçirilmişdir.

Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salyan Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə Aprel döyüşlərində şəhid olmuş Baş leytenant Rəşid Rövşən oğlu Mehdiyevin anım günü keçirilmişdir. Rayon İcra Hakimiyyətinin, ziyalıların  və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə Aprel döyüşlərinin böyük tarixi əhəmiyyəti, bütün dünyaya Azərbaycan Ordusunun gücünün, qələbə əzminin nümayiş etdirildiyi qeyd olunmuşdur. Tədbirdə Rəşid Mehdiyevin həyatı və şücaətlərindən bəhs edilmiş, videoçarx nümayiş etdirilmişdir. 

Aprel döyüşləri şəhidinin atası Rövşən Mehdiyev oğlu ilə bağlı xatirələrindən və onun vətənpərvərliyindən bəhs edərək sonda bütün ictimaiyyətə təşəkkürünü bildirmişdir. Tədbirin sonunda şəhidin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilmişdir.

 

Keçidlər