Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

05 noyabr 2026 | 12:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova

Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

5 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib. Qəbuldan əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra keçirilən qəbulda  Salyan və Neftçala  rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı edilən müraciətlər arasında məşğulluq və işlə təmin olunma, ailə məsələləri, iddiaların araşdırılması və hüquqi qiymət verilməsi, torpaq sahəsinin ayrılması, eləcə də fəaliyyətin həyata keçirilməsinə dəstək göstərilməsi ilə bağlı məsələlər yer alıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.  

Keçidlər