Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda qanvermə aksiyası keçirilib

22 yanvar 2021 | 16:00

          22 yanvar 2021-ci il tarixdə Salyan rayon Mərkəzi Xəstəxanasında Milli Hematologiya və Transfiziologiya Mərkəzinin təşəbbüsü və Salyan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilmişdir. Keçirilən bu cür aksiyalar hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə hemofiliya və talassemiyadan xəstəliklərindən əziyyət çəkən insanlar üçün keçirilən qanvermə aksiyasında rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar, ziyalılar və rayon ictimaiyyəti iştirak etmişdir.

          Milli Hematologiya və Transfiziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hemotoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində yüzə yaxın könüllü donordan qan götürülüb. Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcəkdir.

Keçidlər