Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın böyük strateji, siyasi və iqtisadi qələbəsidir
Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın böyük strateji,
siyasi və iqtisadi qələbəsidir
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Kəlbəcər də azad edildi. Milli Ordumuzun əsgərləri BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalının yolverilməz olduğuna dair qəbul etdiyi, ancaq kağız üzərində qalan 822 saylı qətnaməsini yerinə yetirdi. Daha bir rayonumuzun sakinlərinin qaçqın adına son qoyuldu. Düşmənin ağzını sulandıran yeraltı, yerüstü sərvətləri, zəngin, füsünkar gözəlliyi ilə insanları heyran edən, babalarımızdan bugünümüzə yadigar qalan abidələrin daş yaddaşında tarixi yaşadan, sıldırım qayaları göz oxşayan, illərdən bəri doğmalarını gözləyən Kəlbəcərin azad olunması münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyevin vurğuladığı kimi, daxili düşmənlərin, erməni quldurlarının xəyanətinin nəticəsi olan bu ulu məskən əsl sahiblərinə qaytarıldı.
Xalqa müraciətində Kəlbəcərin işğalında Milli Ordumuzun zəfər salnaməsinə daha bir uğur səhifəsinin yazıldığını qeyd edən Möhtərəm Prezident İlham Əliyev dağlar qoynunda yenilməzlik rəmzi olan Kəlbəcərin işğalına səbəb olan amilləri də xatırlatdı.
«Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir» söyləyən cənab İlham Əliyev 1992-ci ildə hakimiyyəti zorla, qeyri-qanuni yolla zəbt edən AXC-Müsavat iqtidarının, rayonlarımızın işğalında əli olan daxili səbatsızların hakimiyyət uğrunda davasını o dövrdə çıxılmız vəziyyətdə qalan xalqa xəyanət adlandırdı. Ermənistanın torpaqlarımızı işğal etdiyi o ağır günlərdə dövlət çevrilişi edərək, özlərinin etiraf etdikləri kimi tanklar üstündə iqtidara gələn AXC-Müsavat cütlüyünün səriştəsizliyindən Şuşa və Laçının ermənilər tərəfindən işğalı ölkədə vəziyyəti daha da gərginləşdirdi. İqtidarda olduqları qısa müddətdə antidemokratik hərəkətləri ilə respublikanı uçuruma aparan həmin güvvələrin bacarıqsızlığı üzündən digər torpaqlarımız da işğala məruz qaldı. Ermənistan silahlıları tərəfindən doğma yurdlarından zorla qovulan, təhqirə məruz qalan, öldürülən insanların taleyi ilə maraqlanmayan AXC-Müsavat başçılarının şəxsi maraqlarından qaynaqlanan daxili çəkişmələr üzündən dağılan ölkə iqtisadiyyatı dağıldı, ulu öndər Heydər Əliyevin min bir zəhmətlə yaratdığı iri sənaye müəssisələrinin qiymətli avadanlıqları ucuz qiymətə xarici ölkələrə satıldı, ölkədə ərzaq qıtlığı yarandı. «Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimyyətlərinin ömrünü uzatsınlar» sözləri ilə Azərbaycanı uçuruma sürükləyən, o dövrdə yaranan qarşıdurmaya səbəb olanların xəyanətlərini, yaranan vəziyyəti təhlil edən Prezident İlham Əliyev idarəçilik təcrübəsi olmayanların ölkəyə vurduqları siyasi, iqtisadi zərbəni xalqa xəyanət adlandırdı.
Vəzifə hərisliyi xəstəliyinə tutulan, şəxsi maraqlarının əsirinə çevrilən « rəhbərlərin» qeyri-peşəkarlığı üzündən ölkədə yaranan xaos, hərc-mərclik Ermənistana işğalçılıq siyasətini daha da genişləndirmək imkanı yaratmışdı. «Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi? Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi. Dövlət katibi komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölməyinə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam.
Onlardan hansı vətənpərvərlik gözləmək olar» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, heç bir xarici dil bilməyən fizika müəlliminin həmin iqtidarda «xarici işlər naziri» vəzifəsini tutması, riyaziyyat müəlliminin müdafiə naziri, elmi kommunizm üzrə yarımçıq mütəxəssis olan bir şəxsin hakimiyyəti idarə edən baş nazir postunu tutması bu səbatsız iqtidarın idarəçilik təcrübəsinin yarıtmazlığını göstərirdi. «Şuşa əldən getsə başıma güllə çaxacağam» söyləyən müdafiə naziri Rəhim Qazıyevin satdığı Şuşanı bu gün yüksək ixtisaslı, hərb elminin sirlərini, döyüş taktika və strategiyasını dərindən mənimsəyən qüdrətli Azərbaycan Ordusunun təcrübəli zabitləri, xalqına sadiq əsgərləri azad etdi. Özü də dünyanın hərb tarixində görünməmiş qəhrəmanlıqla, üzbəüz döyüşlə. O dövrdə baş verən Gəncə hadisələrindən çıxış yolunu belə tapa bilməyən, «idarəçilik məharətləri» ilə xalqdan ayrı düşən, insanların nifrətini qazanan, ölkəni vətəndaş müharibəsinə sürükləyən AXC-Müsavat iqtidarının respublikada yaratdığı antidemokratik şərait, diplomatiyada yol verilən səhvlər Azərbaycanı dünya siyasətindən təcrid etmişdi. İqtidarda təmsil olunan baş nazir səviyyəsində onsuz da parçalanmaqda olan Azərbaycanın tərkib hissəsi, qədim Naxçıvanın muxtariyyət statusunun, Qars müqaviləsinin ləğv olunması kimi xəyanətkar təklifin səslənməsi, sonrakı hakimiyyət rəsmiləri tərəfindən Naxçıvanın «kor bağırsaq» adlandırılması xəyanət, erməni dəyirmanına su tökmək idi. Onların bu tarixi xəyanətləri də Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə «redaktə» edildi. Azərbaycan, Rusiya, Ermənistan tərəfindən noyabrın 10-da imzalanmış Bəyanatda Naxçıvan Muxtar Respublikasına gedən, Ermənistanın blokadası üzündən illərdən bəri istifadəsiz qalan və barbarlar tərəfindən dağıdılan dəmir yolunun bərpası ilə əlaqədar bəndin yer alması Prezident İlham Əliyevin göstərdiyi qətiyyətin nəticəsidir. Bununla da respublikamızın Şərqə açılan qapısı adlanan Naxçıvan vasitəsilə qardaş Türkiyə, digər dövlətlərlə əlaqələr üçün yeni imkanlar yaranır. AXC-Müsavat iqtidarı dövründə dövlətçiliyimiz, Azərbaycanın varlığı üçün təhlükə olan xəyanətlər biri-birindən təhlükəli idi.1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Gəncəni bombalayan, öz əsgərlərini əsir götürən belə dönük, satqın ünsürlərin hakimiyyətinə son qoyuldu, ölkədə sabitlik, inkişaf, tərəqqi dövrü başladı.
«Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır?» söyləyən, o dövrdə hakimiyyətdə təmsil olunan səriştəsizləri bu gün çıxılmaz vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyanın üzləşdiyi taleyi ilə müqayisə edən Prezident İlham Əliyev bildirir ki, xarici ölkələrin idarə etdiyi daxili xəyanətkarların nəsibi xalqının nifrətidir.
İqtidarda olduqları zaman Kəlbəcərin işğalı üçün məsuliyyət daşıyanların xəyanətlərinin vurduqları yaraları torpaqlarımızı azad etməklə sağaldan Milli Ordumuzun tarix yazan əsgərləri mənəvi sərvətlərimizi də qorudular. Xalqa müraciətində təkcə Kəlbəcərdə deyil, başqa bölgələrimizdə də əsrlərlə yaşı olan abidələrimizin, ermənilərin özəlləşdirdikləri Qafqaz Albaniyasının tarixi ilə bağlı həqiqətlərdən söz açan Prezident İlham Əliyev Azərbaycanın multikultural dəyərlərə sadiq olduğunu bildirdi. Vurğuladı ki, illərdən bəri işğal altında qalan, ermənilər tərəfindən dağıdılan, hansı xalqa mənsubluğundan asılı olmayaraq bütün dini abidələrə yeni həyat veriləcək, onlar əvvəlki görkəmlərinə qaytarılacaq.
«Ona görə heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq, …Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar. Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə baxsınlar» söyləyən Prezident İlham Əliyev dini abidələrimizi murdarlayan, məscidlərimizdə donuz saxlayan erməniləri dəstəkləyən qüvvələri ədalətli olmağa çağırır: «Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə də demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə güzgüyə baxsın.» Erməni faşistlərinin Kəlbəcərə vurduğu yaralar da qısa müddətdə sağalacaq. Barbarlar tərəfindən yandırılan meşələrimiz əvvəlki görkəminə qaytarılacaq, abidələrimiz təmir, bərpa olunacaq.
Adını ziyalı qoyan erməni müəllimlərinin yandırdıqları məktəblər yenisi ilə əvəz ediləcək. Kəlbəcərli uşaqlar daha gözəl, müasir görkəmli məktəblərdə təhsil alacaqlar. Kəlbəcərin təbii sərvətləri xalqımıza, rayonun iqtisadiyyatının dirçəlməsinə, turizmin inkişafına xidmət edəcək. 24 min hektarlıq meşə fondu daha qiymətli ağaclarla zənginləşdiriləcək. Yollar çəkiləcək, yeni yaşayış massivləri salınacaq. Vəhşi ermənilərin rayonu tərk edərkən dağıtdıqları su kəmərləri daha yeniləri ilə əvəz olunacaq. Bir sözlə, ermənilərin arzularında olduqları « xəritələrin» üzərindən xətt çəkiləcək. «Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi özündən sonra xarabalıq qoyan erməni bayquşlarından fərqli olaraq azərbaycanlılar qurub-yaradan xalqdır.
İndi ermənilər aydın başa düşürlər ki, dünya bunlara borclu deyil. Öz maraqlarının həyata keçirilməsi üçün ermənilərdən vasitə kimi istifadə edən ağalarından aldıqları «mükafatlarının» cəzasını çəkirlər. Rəzil, satqın, miskin ermənilərin qazandıqları haram pullar onların xəyanətlərinə, satqınlıqlarına verilən tula payıdır. Dövlət başçımızın vurğuladığı kimi, torpaqlarımızdan it kimi qovulan ermənilər indi kimin qapısında quyruq bulayacaqlarını götür-qoy edirlər. Genlərindən irəli gələn bu təfəkkür isə onları əbədi məğlubiyyətə aparacaq. İkinci Qarabağ müharibəsi göstərdi ki, məğlubiyyət bu xalqın taleyinə əbədi yazılıb. Azərbaycan isə zəngin tarixə malik, bütün döyüşlərdən zəfərlə çıxmış ölkədir.