Salyan rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir.
25 noyabr 2020-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı video-konfrans keçirmişdir. Konfransda dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır. Video-konfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan icra başçısı bildirmişdir ki, Prezident İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr rayonda da uğurla icra olunur. Həmçinin video-konfransda rayon rəhbəri hazırda ölkədə müşahidə olunan həssas dövrdə rayon və kənd ərazilərində tibbi-profilaktik qaydalara əməl edilməsi ilə bağlı ciddi göstərişlər vermişdir.