Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat Şurasının İdarə Heyəti Salyan rayonunda

05 dekabr 2013 | 16:00

Mətbuat Şurasının İdarə Heyəti Salyan rayonunda
Mətbuat Şurasının İdarə Heyəti Salyan rayonunda yerli icra hakimiyyətində görüş keçirib. Görüşdən öncə Mətbuat işçiləri Ulu öndər Heydər Əliyevin abidəsini, Heydər Əliyev Mərkəzini, Əlibəy Hüseynzadənin, Xəlil Rza Ulutürkün abidələrini ziyarət etmişlər. Həmçinin mətbuat işçiləri rayonun abadlıq quruculuq işləri ilə yaxından tanış oldular.
İH başçısı rayonda görülən tikinti-quruculuq işlərindən bəhs edib və deyib ki, bütün bunlarla yanaşı vətəndaşlara da diqqət, qayğı göstərilir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov KİV rəhbərlərini Salyan rayonunun rəhbər işçilərinə təqdim edib.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov təklif edib ki, hər bir mətbuat işçısı Salyan rayonuna gələrək burada aparılan abadlıq, quruculuq və yenidənqurma işləri ilə yaxından tanış ola bilər. Bunun üçün hər bir mətbuat işçisinə rayonumuzda geniş şərait yaradılmışdır.

Keçidlər