Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağa həyatı qaytaracaq.

20 noyabr 2020 | 16:00

Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə
Qarabağa həyatı qaytaracaq.

“44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı, işğal altında olan torpaqlarımız azad olundu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu və bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir”.
Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi, hətta Köçəryan-Sarkisyan ordusunu da məhv etdi: “Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kəndin, bütövlükdə 300-dən çox yaşayış məntəqəsinin azad edilməsi müzəffər Azərbaycan Ordusunun  düşmən üzərində parlaq qələbə qazandığına sübutdur. Bu mənada, tam əminliklə deyə bilərik ki, düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Təkcə Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Bu gün bir sıra yerli və beynəlxalq hərbi ekspertlər də etiraf edirlər ki, Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu demək oldu. Ali Baş Komandanın dediyi kimi, Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda şərlə xeyir qüvvələrinin mübarizəsi idi”. 44 günlük müharibənin yekununda bütün dünya rəsmi İrəvanın məsuliyyətsiz və faşist məzmunlu siyasət yürütdüyünü faktlarla gördü: “Ermənistanın faşist rejimi işğal edilmiş bütün ərazilərdə evləri dağıdıb, infrastrukturu məhv edib. Ona görə də, düşmən mütləq məsuliyyət daşımalıdır. Ermənistan tərəfindən vurulmuş ziyanın hesablanması və təzminat probleminin ən yüksək səviyyədə qaldırılması mütləq zərurətdir”.
“Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışının həyata keçirilməsi əlamətdar hadisəyə çevrildi. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir: “Bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.
Məhz Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir ki, bu da böyük quruculuq işlərinin ilk layihəsidir. Bu, bir daha isbatlayır ki, Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağa həyatı qaytaracaq. Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.

Keçidlər