Dövlətimizin başçısı “Ria Novosti” agentliyi üçün müsahibəsində milli maraqlarımızı müdafiə etməyin nümunəsini ortaya qoydu.
Dövlətimizin başçısı “Ria Novosti” agentliyi üçün müsahibəsində milli maraqlarımızı müdafiə etməyin nümunəsini ortaya qoydu.
Prezident İlham Əliyevin Rusiyanın "RİA Novosti" agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsi, öz xalqının maraqlarını ciddi faktlarla, polad məntiqlə, tutarlı arqumentlərlə müdafiə etmək bacarığının, gerçək liderlik keyfiyyətinin bariz nümunəsidir. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana eyni suallar verilib və təbii ki, cavablar üçün eyni imkanlar yaradılıb: "Verilən cavablar isə Prezident İlham Əliyevin şəxsində güclü, qətiyyətli, yüksək intellektual və mədəni səviyyəyə malik azərbaycanlı obrazını, Nikol Paşinyanın timsalında isə yalançı, avantürist, feoadal təfəkkürlü klassik erməni tipinin bütün cizgilərini göz önünə sərgiləyib.
«Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəsin ilk anından etibarən işğalçı dövlətin bu razılaşmanı kobud şəkildə pozması onun sülh danışıqlarında maraqlı olmadığını əsaslı şəkildə təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibələri tərəflər arasında istər son təxribatlarla, istərsə də əldə olunan humanitar razılaşma ilə əlaqədar fərqli yanaşmalara, ən əsası Azərbaycanın haqlı, Ermənistanın isə həmişə olduğu kimi, yenə də yalanlarla həqiqəti ötr basdır etmək cəhdlərinə bir daha aydınlıq gətirdi. Dövlətimizin başçısının natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider olduğunu, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymur. Belə ki, cənab İlham Əliyev öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edərək, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə apardığını faktlar əsasında diqqətə çatdırdı. Paşinyan isə fikri dağınıq, sualı başa düşməyən, mövcud vəziyyəti ayıq başla qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan və sualın cavabını bilməyən bisavad küçə uşağı təəssüratını bir daha təsdiqlədi.»
Möhtərəm Prezidentimiz bir daha bu məqamlara aydınlıq gətirdi ki, işğalçı dövlətin baş nazirinin hakimiyyətə gəldiyi ilk gündən danışıqların formatını dəyişmək cəhdi, qondarma «Dağlıq Qarabağ respublikası»nın qondarma “rəhbərinin” danışıqlarda tərəf kimi iştirakında maraqlı olması, onun ardınca «Qarabağ Ermənistandır» bəyanatı, daha sonra isə Livandan, Suriyadan erməniləri işğal altında olan ərazilərimizdə məskunlaşdırması Nikol Paşinyanın sülh danışıqları masasında oturmaqdan yayındığını, yeni ərazilər uğrunda müharibə planı hazırladığını konkret faktlar əsasında ortaya qoydu. Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar, sonra dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara yalvarışları əsasında nail olduğu humanitar atəşkəsi pozaraq cəbhə bölgərindən uzaq ərazilərimizi intensiv raket atəşinə tutması Paşinyanın bu razılaşmanı terrorla əvəzlədiyinə işıq saldı.
Jurnalistin “Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?” sualına cavab verən dövlətimizin başçısı Ermənistan ordusunun faşistlərdən də qəddar olduğunu faktlarla diqqətə çatdırdı. Dedi ki, sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçikmiqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Hazırda o, ifadə verir.
Dövlət başçımız sentyabrın sonunda yaşayış məntəqələrimizin yenidən artilleriya atəşlərinə məruz qaldığını diqqətə çatdırdı. Bildirdi ki, elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.
Baş nazir Nikol Paşinyan isə cavabdan yayınır. Jurnalist mahiyyəti üzrə cavab alınmadığına görə sual bir daha izah formasında verilir. Paşinyan baş verənləri təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkir. O, yenə də şantaja əl atır, ümumilikdə həlak olanların çox olduğunu deyir və sualdan yayınaraq, Türkiyə və Azərbaycanın qısa müddətdə Dağlıq Qarabağı nəzarətə götürmək planının baş tutmadığını bildirir. Halbuki bu gün dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycan əsgəri öz ərazisində vuruşur, ölkəsinin ərazi bütövlüyünü təmin edir, işğal altında olan əraziləri azad edir. Paşinyan sualın cavabını bilməyən tələbə təəssüratı bağışlayır. O, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş şəxsə bənzəyir. Çünki dövlət başçımızın ortaya qoyduğu faktlar qarşısında acizdir. Axı, bütün vəhşiliklərin hamısını Ermənistan ordusu törədib. Bunu necə dana bilər? Bu gün Ermənistan ordusunda vuruşanlar arasında muzdluların və PKK təmsilçilərinin olması da ört- basdır edilə bilməz. Bunu hər iki dövlət başçısına ünvanlanmış “Müxtəlif istiqamətlərdən Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində muzdluların iştirak etdiyini eşidirik. Buna nə dərəcədə inanmaq olar” sualına verilən cavablar da təsdiqlədi.
Dövlətimizin başçısı Azərbaycanda hər hansı xarici hərbi iştirakçıya ehtiyac olmadığını bildirdi və bizim orduda 100 mindən çox döyüşçü olduğunu diqqətə çatdırdı. “Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər”, – deyən ölkə Prezidenti bu gün malik olduğumuz silahlı dəstələrin onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu vurğuladı. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur.
Paşinyan isə bu sual qarşısında da aciz qaldı. Çünki işğalçı ölkənin ordusunun tərkibində muzdlu döyüşçülərin olması dəfələrlə sübut olunub. Siyasi savadı, dövlət idarəçiliyində təcrübəsi olmayan, məhdud dünyagörüşlü Paşinyan həqiqətən də hesab edir ki, daxildə istifadə etdiyi yalanları nöqtə-vergülünə dəymədən beynəlxalq auditoriya qarşısında da səsləndirə bilər. Bununla da guya Ermənistanın işğalçı siyasətini ört-basdır edəcək. Düşüncəsi bura qədərdir. Çünki hələ də dərk etmir ki, artıq dünya erməni terroru, vandal aktları barədə məlumatlıdır. Paşinyan Azərbaycanın 30 ildir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini yaxşı bilir. Bu müddət ərzində Ermənistan terrorçularının, yaraqlılarının törətmədikləri vəhşilik, soyqırımı qalmayıb. Bu, faşizm ideologiyasının məntiqi davamıdır.
Müsahibədən də göründüyü kimi, dövlətimizin başçısı aydın şəkildə münaqişənin sülh yolu ilə həlli mexanizmini tam açır və xalqların sülh şəraitində yaşamasını təmin edəcək model təklif edir. Ermənistanın baş naziri isə yenə də eyforiyaya qapılaraq kompromis variant kimi xalqların öz müqəddəratını təyin etməsini, sonra isə bu müddəanı “qırmızı xətt” kimi göstərir. Kompromis barədə sualın üç dəfə təkrarlanması və Paşinyanın heç bir aydın cavab vermədiyi nəzərə alınarsa, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin bu günə kimi işlənmiş bütün məsələlərin və danışıqlar prosesinin üzərindən xətt çəkdiyi, təxribatlar törətdiyi və yeni işğal planları qurduğu barədə dediklərinin tam həqiqət olduğu bir daha öz təsdiqini tapır. Bir daha bu reallıqda əksini tapır ki, beynəlxalq hüququn mövcudluğunu belə inkar edən tərəflə danışıqlar aparmaq, bundan müsbət nəticə gözləmək əbəsdir.
İstər bügünədək cərəyan edən proseslərdən, istərsə də bir müsahibə çərçivəsində ünvanlanan suallara yanaşmadan bu fərq daha aydın nəzərə çarpır ki, bir tərəfdə müasir, güclü, innovasiyalar ölkəsi olan Azərbaycana davamlı uğurlar qazandıran qalib lider, digər tərəfdə öz ölkəsini və xalqını fəlakətə sürükləyən, iqtisadi böhran içərisində çabalamasını şərtləndirən yalançı və avantürist, rəzil bir rəhbər dayanıb: «Bu fərqlilik hər iki tərəfə ünvanlanan «Bu müharibənin qəddarlığı artıq tarixə düşüb. Siz də bu müharibə tarixinin bir hissəsisiniz. Tarixdə necə qalmaq istəyərdiniz» sualına cavabdan da aydın görünür.
Dövlətimizin başçısı İlham Əliyev bütün müharibələrin qurban tələb etdiyini və qəddarlıq olduğunu göstərməklə yanaşı, böyük auditoriyanın diqqətinə Azərbaycanın və Ermənistanın apardığı müharibənin fərqlərini çatdırır. Azərbaycan üçün bu, azadlıq müharibəsi, Ermənistan üçün isə bu, işğalçı müharibədir. Prezident onu da diqqətə çatdırır ki, tarixdəki rolu haqqında fikirləşməyib və əsas vəzifəsini Azərbaycan xalqının etimadını doğrultmaqda, verdiyi vədləri yerinə yetirməkdə görür. Bu suala cavabı iradəsini ifadə etdiyi xalq verə bilər. Paşinyan isə erməni xislətinə sadiq qalaraq bu suala cavabında da acizliyini göstərir. Siyasətdən, tarixi reallıqlardan bixəbər olan bir şəxsin Ermənistan kimi kəskin təzadlar ölkəsinə rəhbərlik etməsinin özü uçurumun astanasında dayanmaqdır. Sərbəst sual hər iki ölkənin rəhbərinə həqəqətlərə həqiqətin dili ilə cavab vermək şəraiti yaratdı. Cənab İlham Əliyev tarixə, Azərbaycan həqiqətlərinə faktların dili ilə müraciət etdiyi halda, N.Paşinyan bu imkandan öz avantürasını davam etdirmək üçün fürsət kimi bəhrələndi.
Müsahibələr, ümumilikdə, bu qənaətə əsas verdi ki, Rusiya auditoriyası cənab İlham Əliyevin simasında bir tərəfdə təcrübəli, fikirlərini auditoriyaya məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lideri, digər tərəfdə isə özünü itirmiş, zəif mövqe və məhdud potensiala, dar düşüncəyə malik, həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, cılız və miskin Paşinyanı görür. Ermənistan bu gün təxribatları ilə nəyəsə nail olacağını düşünsə də, bunun sabun köpüyündən başqa bir şey olmadığını dərk edir. Çünki Azərbaycan dövlətinin qətiyyəti, xalqın iradəsi, ordumuzun gücü Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad olunacağına əminliyi artırır və o gün uzaqda deyil.»