Şriftin ölçüsü :

Saytın rəngi :

Bayraq Meydanında Atəşfəşanlıq

10 oktyabr 2013 | 15:00

Bayraq Meydanında Atəşfəşanlıq

09.10.2013 il Azerbaycan Respublikasının Prezident Sekilerinin ilkin nəticələri açıqlandığı radələrdə YAP Salyan rayon təşkilatının qarşısında əsl qələbəlik oldu. İlham Əliyevin yenidən prezident seçkilərində ən yüksək faizlə qələbə qazanması YAP Salyan rayon təşkilatının qarşısında bütün gəncləri bir araya gətirdi. Qələbəni bayram sevinci ilə qarşılayan YAP – çı gənclər əllərində baryan maşın karvanı ilə küçələrə çıxdılar. Bu bayram sevincinə rayon ictimaiyyəti də qoşulub. Minlərcə insanın toplaşdığı Bayraq Meydanında incəsənət ustalarının bir-birindən maraqlı ifaları nəinki gənclərin , hətta balaca uşaqların da ürəyincə olub . Qol götürüb rəqs edən. Halay çəkib Yallı gedən gənclər hər kəsdə xoş ovqat yaradıb, öz dəstələrinə bu qələbənin sevincini yaşayan ahıllarıda qoşublar. Qələbə münasibəti ilə hamı bir-birini təbrik edib, gözaydınlığı verib. Gecə saatlarına kimi davam edən bayram şənliyi atəşfəşanlıqla başa çatıb.

Keçidlər