Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində neft sənayesinin tarixi əhəmiyyətindən danışmışdır.

21 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev   Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində neft sənayesinin tarixi əhəmiyyətindən danışmışdır.

Bu gün Azərbaycanın enerji siyasəti yüksəkliyə dorğru addımlayaraq dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur. Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Müstəqil Azərbaycan dövləti hazırda dünyada nəhəng neft ixrac edən ölkələrdən biri kimi tanınır.  Eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilməkdəyik. Bu, bir faktdır ki, ölkəmizin enerji strategiyasında qazandığı uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş enerji strategiyası bu gün Azərbaycanın dünya birliyindəki reytinqini getdikcə yüksəldir. 1993-cü ilin ikinci yarısından başlayaraq görülən işlər sayəsində respublikanın enerji təhlükəsizliyi sistemi, demək olar ki, yenidən qurulmuşdur. Hazırda respublikamız nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, eyni zamanda, digər dövlətlərin də enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir. Xəzər neftinin Avropa bazarlarına nəqlində müstəsna rol oynayan böyük əhəmiyyətli enerji layihələrinin icra prosesinin uğurla həyata keçirilməsi – Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi ölkəmizin iqtisadi qüdrətinə böyük təkan vermişdir. Bununla da Azərbaycan iri layihələrin reallaşdırılmasına qadir olduğunu təsdiqləmişdir.
   Bütün bu nailiyyətlərin əsasında ölkə Prezidentinin düşünülmüş siyasətinin real nəticəsidir ki, Azərbaycan bundan sonra da enerji siyasətində uğurul layihələrin müəllifi olacaqdır: “Dövlət başçısının dediyi kimi – “Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır”. Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ həyata keçirdiyi milli neft strategiyası öz bəhrəsini verir. “Əsrin müqaviləsi” çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşması sayəsində artıq hər gün 1 milyon barrelə yaxın yüksək keyfiyyətli Bakı nefti dünya bazarlarına çıxarılır.
   Dövlət başçısı İlham Əliyevin bir ay bundan öncə, yəni avqustun 10-da “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması hadisəsini Azərbaycanın enerji strategiyasının uğurlu nəticəsi olduğunu deyərək bildirib ki, bu tarixi hadisə Azərbaycanın enerji strategiyasının növbəti uğurlu nəticəsi olmaqla yanaşı, yataqda görülən işlərin müstəqil Azərbaycan üçün böyük hədiyyədir. Sentyabrın 19-da isə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının da uğurlu olacağını Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacağını bildirib: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır”.
   Dövlət başçısı Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində çox konkret və ən mühüm məqamlara aydınlıq gərib. Xüsusilə də, dövlət başçısı müsahibəsində layihənin əhəmiyyəti barədə danışarkən bildirib ki, bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Dövlət başçısı 30 illik müstəqillik dövründə görülən işlərdən danışaraq bildirib ki, Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də: “İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycanda aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə kimi göstərilir. Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik. Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. Amma müstəqilliyə qədər o məktəblər nə gündə idi. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün idimi? Əgər o vaxt kimsə desəydi ki, bunların biri mümkündür, bəlkə də ona gülərdilər. Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”. Bəli, doğrudan da qürurverici uğurlardır. Dövlət başçımızın dediyi kimi, «Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır». Məhz müstəqilliyimizi əldə olunması ancaq və ancaq uğurların əldə olunmasına nail olunub, yeni layihələr həyata keçirilir, ən əsa sisə ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı işlər görülür. Dövlət başçımız da bu məsələ ilə bağlı danışarkən bildirdi ki, o vaxt Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi, indi həmin çirkab içində olan yerlər gözəl qəsəbəyə çevrilib. Dövlət başçımız bildirdi “İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, Bibiheybət buxtası ekoloji fəlakət zonası idi və o görüntülər yəqin ki, bir çoxlarının xatirindədir. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxıb görəcəyəm ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr bərpa edilməlidir və biz bu qəsəbələrə yeni həyat verəcəyik”. Və yaxud da bu gün «Qara şəhər» adı ilə deyilən məkan. Bu gün artıq «Qara şəhərin» «Ağ şəhərə» dönməsi. Budur uğurlu siyasət, budur, yüksək nəticələr.
   Dövlətimizin başçısı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində də bildirmişdir ki, neftcilərin əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır: “Çox şadam ki, mənim də həyatımın 9 ili Azərbaycan Dövlət Neft Şirkətində keçibdir. O illərdə əldə etdiyim təcrübə mənim üçün cox qiymətlidir və çox gozəl xatirələrim var. Əldə etdiyim təcrübə, biliklər bu gün mənə kömək göstərir. Mən şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edirdim və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayırdım. Çox şadam ki, mən bizim görkəmli neftçilərimizlə bir yerdə işləmişəm.”
   Cənab Prezident İlham Əliyevin sayəsində bu gün öz neftimizi öz xalqımızın rifahı üçün istifadə edə bilirik. Əks halda, bir çox neft ölkələri kimi böyük güclər tərəfindən ekspulatasiya edilə bilərdi. Amma bu gün dövlətin neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur. Azərbaycanın uğurlu inkişafında neftçilərin və Cənab Prezidentin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də məhz bu iki amildən asılıdır. Çünki bu gün əminlikdə demək olar ki, Cənab Prezidentin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycanda “qara qızıl” insan kapitalına çevirilərək, xalqımıza xidmət edir”.

Keçidlər