Şriftin ölçüsü :

Saytın rəngi :

İstiqlal şairi Xəlil Rza Ulutürkün doğum günü Salyanda qeyd olunub

22 oktyabr 2013 | 15:00

İstiqlal şairi Xəlil Rza Ulutürkün doğum günü Salyanda qeyd olunub
Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün doğum günü Salyanda qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə XX əsr poeziyasının görkəmli şairi, filiologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub və xatirəsini dərin ehtiramla yad ediblər. Sonra ölməz istiqlal şairi X.R.Ulutürk haqqında xatirələrini söyləyiblər.
Bildirilib ki, milli müstəqilliyimizin yolunda şairin bir sərkərdə, bir əsgər kimi atdığı dönməz addımlar onu ictimaiyyətin nəzərində heç bir müasir sənətkara nəsib olmayan əlahiddə mərtəbəyə qaldırıb. Bütün məhrumiyyətlərə baxmayaraq Ulutürk əqidəsindən, amalından geri çəkilməyib, şair müstəqilliyimizi tərənnüm edən şeirləri ilə zamana və məkana sığmayan poeziyası ilə müstəqilliyimiz uğrunda mücadilə edib. Sonra şairin həyat yoldaşı Firəngiz Ulutürk göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Keçidlər