Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda təhsil şöbəsinin yeni binası istifadəyə verildi

06 oktyabr 2013 | 15:00

Salyanda təhsil şöbəsinin yeni binası istifadəyə verildi
05 Oktyabr 2013
Salyanda beynəlxalq müəllimlər günündə rayon təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
Bu ilin əvvəlində tikintisinə başlanan bina 25 iş otağı, konfrans zalından ibarətdir .

Üç mərtəbəli ibarət tikili müasir üslubda inşa olunub, yeni inventar və avadanlıqlarla təchiz edilib, yüksək iş şəraiti yaradılıb.

Bayram tədbirində qeyd olunub ki, rayonda 18 min şagirdin təlim-tərbiyəsi ilə 2400 müəllim məşğul olur. Dövlətin müəllimə, onun əməyinə qayğısından danışan natiqlər bayram günündə təhsil şöbəsinin yeni binasının açılışını böyük hədiyyə kimi dəyərləndiriblər.

Bildirilib ki,peşə bayramı ərəfəsində bir müəllimin Əməkdar müəllim adına layiq görülməsi, digərinin isə “Tərəqqi” medalı ilə təltif edilməsi  bütün salyanlı pedaqoqların əməyinə verilən yüksək qiymətdir.

Təhsil sahəsində qazanılan uğurlardan danışan müəllimlər ötən dərs ilində 368 salyanlı gəncin ali məktəblərə qəbul olunmasını,onlardan 18 nəfərin 600 baldan yuxarı nəticə göstərməsini, bir nəfərin prezident təqaüdünə layiq görülməsini dövlətin təhsillə bağlı həyata keçirdiyi islahatların nəticəsi kimi xüsusi vurğulayıblar.

Sonda qabaqcıl müəllimlərin bir qrupuna rayon icra hakimiyyətinin Fəxri fərmanları və hədiyyələri verilib.

Keçidlər