Salyan rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir.
01 iyul 2020 | 16:00
01 iyul 2020-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir. Konfransda dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuşdur. Rayon rəhbəri hazırda ölkədə müşahidə olunan həssas dövrdə videokonfrans vasitəsilə hər kəsi məsuliyyətli olmaqla tələb olunan karantin rejiminin qaydalarına əməl etməsi ilə bağlı ciddi göstərişlər vermişdir.