Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının və dövlətçiliyinin qurtuluşu - 15 iyun

13 iyun 2020 | 16:00

   1993-cü il iyunun 15-dən başlayan Qurtuluş məfkurəsi Azərbaycanın müstəqil dövlətinin qurulması və onun möhtəşəm inkişafının əsasını təşkil edir. Xalqımız bugünkü sabitlik və əmin-amanlığa, yüksəliş və müasirləşməyə görə Heydər Əliyevin tarixi qayıdışına minnətdardır.

   Bundan 27 il əvvəl – o müdhiş günlərdə, xalqa hava və su kimi lazım olan o böyük şəxsiyyət, o dahi insan xalqının ona ünvanlanan həyəcanlı səsinə səs verdi, xalqının ona uzanan titrək əllərini öz güclü əlləri ilə sıxdı, xalqının ona bəslənən sonsuz ümidlərinə arxa durdu. Və Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan adlı dövləti yoxdan var etdi. Bu qayıdış Azərbaycan dövlətçiliyin sübutuna çevrildi.
Bu qayıdış Azərbaycan xalqının qurtuluşu – Qurtuluş günü oldu.


*    *    *


 Heydər Əliyev 34 illik hakimiyyəti dövründə Salyan rayonuna 5 dəfə rəsmi şəkildə səfər etmişdir (1969,1972,1977,1981,1998).Salyanlılar böyük fərəh və qürur hissi ilə bildirirlər ki, Ulu Öndərimiz hakimiyyətdə olduğu dövrdə Salyan rayonunu da həmişə diqqət mərkəzində saxlamış, bu bölgənin iqtisadi gücünün yüksəlməsi, xalqın maddi rifah halının yaxşılaşması üçün bir sıra fərmanlar və sərəncamlar imzalamışdı. Məhz Heydər Əliyevin xeyirduası və təşəbbüsü ilə Salyanda Ümumittifaq əhəmiyyətli müəssisələr Salyan plastik kütlə emalı zavodu, elektrikqaynaq avadanlıqları zavodu, taxıl məhsulları kombinatı və başqa obyektlər istifadəyə verilmişdir.
   Çox əlamətdar haldır ki, Heydər Əliyev Mərkəzi Komitənin I katibi seçildikdən sonra ilk səfərə çıxdığı rayon Salyan olmuşdur.
1969cu ilin avqust ayında  Salyan rayonunda olan respublikanın birinci şəxsi Kürsəngidə neftçilərlə, Qaraçalada və Qarabağlıda pambıqçılarla, taxılçılarla, heyvandarlarla görüşmüş, sonra Salyan şəhərində bir neçə müəssisəyə baş çəkdikdən sonra raykomda keçirdiyi yığıncaqda özünün fəaliyyət proqramı barədə məlumat vermişdir.
1972ci ildə Biləsuvarda və Cəlilabadda kənd zəhmətkeşləri ilə görüşlər keçirərkən, işinin çoxluğuna baxmayaraq özünün təşəbbüsü ilə tikilən Salyan plastik kütlə emalı zavodunda tikinti işlərinin gedişi ilə maraqlanmış, burada zavodun 40-50 addımlığında olan “Oktyabr” kolxozunun pambıqçıları ilə görüşmüş, onların bir sıra məişət problemlərinin həllinə əməli köməklik göstərmişdir.
   1977-ci ilin  14 iyulunda  Salyan  rayonunda  olan  Heydər Əliyev  “Bəşirabad”, “Yeni Muğan”, “Oktyabr” kolxozlarında, Əzizbəyov adına, Frunze adına, Qüdrət Səmədov adına, M.F.Axundov adına kolxozlarda, yeni istifadəyə verilən mal-qara  və düyəyetişdirmə  birliyində olmuş, Salyan şəhərində yeni istifadəyə verilmiş tarix-diyarşünaslıq  muzeyinə  baxmış,  günün  axırında  rayon  mədəniyyət evində keçirilən partiya-təsərrüfat  fəalları  yığıncağında  çıxış  edərək, salyanlıların  böyük  ziyalı  potensialına  malik  olduğunu,  işgüzarlığını,  təşəbbüskarlığını  xüsusi  vurğulamışdır.  Dövlətimizin  başçısının 1981-ci ilin 4 iyulunda  Salyana  gəlişi  də  rayonun həyatında  əlamətdar  hadisəyə çevrilmişdir.   Salyanda  həyata  keçirilən  böyük  quruculuq  işləri ilə yaxından tanış olan Heydər Əliyev sonra pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq fermalarında olmuş, əmək adamlarının həyat şəraiti ilə yaxından maraqlanmış, kəndlərdə müasir tipli mədəniyyət obyektlərinin, kitabxanaların, xidmət müəssisələrinin tikilməsinə dair konkret tövsiyə və tapşırıqlarını vermişdir.
   1998-ci ildə prezident  seçkiləri  marafonuna  Salyandan  başlayan  ulu  öndər seçicilərin, böyük əksəriyyətinin dəstəyini qazanaraq ölkə Prezidenti seçildi. Heydər Əliyevin istər Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də müstəqil Azərbaycanın Prezidenti olduğu 1993-2003-cü illərdə yüzlərlə salyanlı yüksək fəxri adlara, dövlət mükafatlarına layiq görülmüşdür. Pambıqçılıq briqadiri Sabir Əhmədov, neft ustası Salman Nağıyev, M.F.Axundov adına kolxozun suçusu Bibinisə Eyvazova Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, yüzlərlə şəxs Dövlət mükafatlarına, SSRİ və Respublika Ali Sovetinin deputatlığına, müxtəlif orden və medallara layiq görülmüşlər. Bütün bunlar Heydər Əliyevin salyanlılara göstərdiyi tükənməz qayğının təzahürüdür.

   Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının qalibiyyət bayrağına çevrilən, yaşından, kimliyindən, mövqeyindən asılı olmadan hər bir azərbaycanlının Prezidenti olmağı bacaran cənab İlham Əliyevə xalqın ehtiramı, məhəbbəti və sədaqəri sonsuzdur. Əminik ki, bu ehtiram, bu məhəbbət və sədaqətlə Prezidentimizə arxa duran xalqımıza Ulu Öndərin ruhu həmişə yar olacaq, dayandığı zirvədən bizə hər zaman olduğu kimi bundan sonra da doğru yolu göstərəcəkdir.

Keçidlər