Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasına qarşı bəzi ölkələr və bəzi təşkilatlar tərəfindən ikili standartların əsaslı faktlarla sübuta yetirilməsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasına qarşı bəzi ölkələr və bəzi təşkilatlar tərəfindən ikili standartların əsaslı faktlarla sübuta yetirilməsi
Prezident İlham Əliyev cəbhəboyu rayonlara səfər edərək bir neçə müəssisənin açılışında iştirak etdi, yerli əhali ilə görüşdü. Dövlətimizin başçısının iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi fikirlər siyasətçilər, diplomatlar, hərbçilər, məmurlar, media və QHT təmsilçiləri, gənclər, ümumiyyətlə, bütün ictimaiyyət üçün nəticə çıxarılmalı fikirlərdir. Dövlətimizin başçısı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən “prezident və parlament”, 14 apreldə keçirilən 2-ci tur “prezident seçkiləri” ilə bağlı olduqca vacib – proqram xarakterli məqamlara toxundu. Qondarma xunta rejiminin keçirdiyi saxta seçkiləri şou və təlxəklər tamaşası adlandıran, “məzhəkə oyunu” kimi dəyərləndirən Prezident İlham Əliyev “seçkilər”in və onun “nəticələr”inin tərəqqipərvər dünya birliyi, mötəbər beynəlxalq qurumlar tərəfindən tanınmadığını bildirdi. Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatının, digər aparıcı beynəlxalq təşkilatların bu seçkiləri qınadığını vurğulayan dövlətimizin başçısı bu məsələyə yalnız Avropa Şurasının münasibət bildirməməsinə diqqət çəkdi. Avropa Şurasının susmağının səbəbini assambleyanın əsas hədəflərindən biri kimi şərh edən ölkə başçısı bu səbəbi – hədəfi “Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir” dedi. Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey saxta seçkilərlə bağlı səsini belə çıxarmadılar və bir qurum kimi ictimaiyyətin gözündə öz nüfuzlarını itirdilər.
Cənab Prezidentin faktoloji – adlar çəkib, ünvanlar göstərərək və hadisələrə obyektivliklə -münasibət sərgiləməsi siyasi, analitik, sosial təhlil mərkəzlərimizin, onların əməkdaşlıq etdiyi xarici tərəfdaşlarının müzakirələri, “beyin fırtınası” üçün əsaslar verir. O bildirib ki, qondarma Dağlıq Qarabağ rejimində “prezident və parlament seçkiləri” məhz qlobal pandemiyanın geniş yayıldığı bir zamanda keçirildi. Dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejimi və havadarının pandemiyaya qarşı gərəkli önləyici tədbirlər almaması diqqətdən kənarda qalmamalıdır. Baş nazir Nikol Paşinyanın və ailəsinin koronavirusa yoluxması heç də təsadüfi deyildi. Bu da onu göstərir ki, işğalçılıq hərisliyi, cəzasılıq və bəzi üzdəniraq qüvvələr dəstək göstərilməsi xunta rejiminə əlavə güc verir və onları yalnız bölgəni deyil, bəşəri təhdid edən qanunsuz əməllərə, cinayətlərə sürükləyir. Qlobal pandemiya dövründə keçirilən “seçkilər”də belə Qərb dövlətləri və AŞPA adekvat reaksiya vermədi, daha doğrusu, səslərini belə çıxarmadı.
“Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. “Azərbaycanafobiya” sözünün özü vətəndaşlara, hər birimizə çağırışdır və bir proqram xarakteri daşıyır. Bizlərin bu gün nəyi necə edəcəyimiz, kimlərlə hansı məsafədə olacağımız, fəaliyyətdə səmimiliyimiz, vətənpərvərlik qətiyyətimiz ortaya qoyulmalıdır.
Heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Prezidentin də vurğuladığı kimi, AŞPA və ATƏT-in Azərbaycana qarşı nifrətinin səbəblərindən biri də hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır”. “AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.” Azərbaycana qarşı törədilən bütün vəhşilikləri, torpaqlarımızın işğal altında olduğunu, minlərlə insanın ev eşiyindən didərgin düşdüyünü bilə-bilə haqsız mövqe tutan beynəlxalq qurumun münasibəti təkcə ikili deyil, həm də saxtakarıqdır. “Bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cürət-cəsarət etmir.”
Müharibə şəraitində yaşasa da Azərbaycanda insanlar rahat həyat tərzi keçirirlər, sabitlik hökm sürür. Özünü dünyanın ən nüfuzlu dövləti kimi təqdim edən ABŞ-da son zamanlarda kütləvi etirazların yaşanması probleminə də toxunan dövlətimizin başçısı münasibətini belə şərh edib: “ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili CorcFloydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan “Qara cəngavərin yüksəlişi” və “Coker” filmləri insanın gözü qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlirlər” AŞPA və ATƏT-in Azərbaycana qarşı haqsız siyasət yürüdür. Prezident İlham Əliyev bunu belə qiymətləndirib: “AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür AŞPA-da bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür.”
AŞPA-nın Azərbaycana yönəlik siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirilməsinə münasibət bildirən Prezident İlham Əliyev bir neçə il əvvəl olanları yada salıb: “Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi.” “Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!” Təbii ki, insan hüquq və azadlıqları qorunan, vətəndaşların həyat tərzinin yaxşılaşması üçün müvafiq tədbirlər görülən, davamlı surətdə yeni iş yerləri açılan, ardıcıl olaraq müasir xidmət obyektləri inşa olunub xalqın istifadəsinə verilən bir ölkənin prezidentinin əqidəsiz insanlar haqda belə fikir yürütməlidir.
AŞPA-nın cari ilin 9 fevral tarixində Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı qərəzli və ədalətsiz münasibəti Prezident İlham Əliyevin nitqində xüsusi yer alıb. Dövlətimizin başçısı deyib ki; “AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur. AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycanı canı yanır?” Kənardan baxaraq müstəqil dövlətin işinə qarışmaq, insanların fikirlərini qarışdırmaq, nifaq salmaq, mövcud sabitliyi pozmaq niyyəti ilə yazılan qərəzli məqalələr insanları çaşdırmayacaq. AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri demokratik dəyərlərin qurumun özü tərəfindən heç də bəşəri qəbul edilmədiyini göstərməsi baxımından maraqlı müqayisə aparıb: “Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.”
Prezident İlham Əliyev qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının- Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirib: “AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil.”
AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvlərinin Azərbaycana qarşı qərəzli mövqeyi gizlin deyil. Faşistlərlə əməkdaşlıq etmiş Qareqin Njdenin İrəvanda heykəlinin qoyulmasına bu qurumun münasibət bildirməməsi məsələsi də Prezident İlham Əliyev çıxışında bu cütr ifadə edilib: “AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında QareginNjdeyə kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş QareginNjdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?! Utanmasan, oynamağa nə var ki? Gör kim kimə faşist deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində faşistə abidəni də Azərbaycan qoyub.” AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev qətiyyətlə bildirib:“AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir.”
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi, siyasi uğurlar qazandığını, pandemiya dövründə qəbul etdiyi doğru qərarlar və istər vətəndaşlarına, istərsə də digər dövlətlərə göstərdiyi humanitar yardımlar və başqa tərəqqiləri göstərmək baxımından aşağıdakı abzas xüsusi əhəmiyyət daşıyır: “30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq. Prezident İlham Əliyev şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri bu görüşlərin nəticələri barədə danışıb və çıxışında bu məsələlərə də yer verib.
“Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirk ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri olduqca əhəmiyyətlidir.
“Azərbaycan dünyada artıq “orta miqyaslı” (middlepower) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etmişdir. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz.”
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışndakı nitqi bu həqiqəti bir daha təsdiq etmiş oldu ki, erməni lobbisinin, islamofobların apardığı mütəşəkkil anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkün olmayacaq. Çünki bizim öz yolumuz var. Özünəməxsus inkişaf yolu və strategiyası olan müstəqil Azərbaycan Respublikası dünyada artıq “ortamiqyaslı” ölkə kimi tanınır. Ölkəmiz bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə bərabər, beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə önəmli töhfələr verir, uğurlu regional enerji və infrastruktur layihələri ilə seçildi.