Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanın Plasmas yaşayış massivində yeni məktəb binası tikilərək istifadəyə verilib

03 oktyabr 2013 | 15:00

Salyanın Plasmas  yaşayış massivində yeni məktəb binası tikilərək istifadəyə verilib
Salyan, 2 oktyabr, A.Nuruyev. Salyanın Plasmas  yaşayış massivində yeni məktəb binası tikilərək istifadəyə verilib.Ötən əsrin 70-ci illərin əvvəllərində əsası qoyulan yaşayış massivində bu günə kimi orta məktəb binası olmayıb. Bu üzdən yaşayış massivində şəraitsiz ibtidai məktəbdə dərs alan şagirdlər təhsillərini davam etdirmək üçün rayon mərkəzindəki məktəblərə üz tutmaq məcburiyyətində qalıblar. Massivdə 3 mərtəbədən ibarət 640 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verilib. Məktəbdə kimya-fizika laboratoriyaları, kompüter otağı, idaman zalı, kitabxana, yeməkxana və digər otaqlar olmaqla şagirdlərin normal təhsil almaları üçün hər cür şərait yaradılıb. Məktəb fasiləsiz elektrik enerjisi, içməli su və istilik sistemləri ilə təchiz olunub. İndi bu gündən yaşayış massivinin şagirdləri yeni məktəbə üz tutublar.
Bildirək ki, son bir ildə rayonda 4 yeni məktəb binası tikilib və 3 məktəb isə əsaslı təmir olunaraq şagirdlərin və müəllimlərin ixtiyarına verilib

Keçidlər