Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin maskadan istifadə etməsi hər bir vətəndaş üçün örnək olmalıdır

04 iyun 2020 | 16:00

Cənab Prezidentin maskadan istifadə etməsi hər bir vətəndaş üçün örnək olmalıdır

“Koronavirus pandemiyasının başladığı ilk günlərdə Azərbaycan dövləti Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında vaxtında və düzgün addımlar atdı. Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən işlər, əldə edilən uğurlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə kimi qeyd olunub: "Bir sözlə, dövlət üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. Bundan sonrakı mərhələdə əsas həlledici amil vətəndaş məsuliyyəti idi.

“Son yoluxma sayını nəzərə alsaq, artıq həftə sonlarında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi bir zərurətdir”. Buna səbəb son günlər yoluxan və sağalan insanlar arasında fərqin kəskin artmasıdır: “Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olurdu. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı artıq başlanmışdı. Ancaq sərt karantin rejiminin yumşaldılmasından sonrakı dövrdə insanların çoxu TƏBİB-in açıqladığı metodiki göstərişlərə əməl etmədi, ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmadı, sosial məsafəni gözləmədi. Vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminin tələblərinə ciddi əməl etməməsinə görə yoluxan və sağalanlar arasında kəskin fərq yaranıb, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təkliflər hazırlanıb. Dünən Operativ Qərargahın birifinqində karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı deyilənlər də məhz bu laqeydliyin nəticəsidir.

Unutmamalıyıq ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah infeksiyanın Azərbaycanda qeydə alındığı gündən məqsədyönlü fəaliyyət göstərib. Sərt karantin rejiminin mərhələlərlə yumşaldılmasına başlanan müddətədək yoluxmanın və itkinin minimuma endirilməsi, eyni zamanda bu dövrdə ölkənin tibb müəssisələrinin bu sahədə yüksək səviyyəli kadrlarla və texniki avadanlıqlara təchizatı təmin edilib, laboratoriyalar yaradılıb". Bugün tələblərə riayət etmək,  ictimai nəqliyyatda, qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək bu virusdan qorunmağın ən asan və rahat yoludur.

Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin ölkəmizdə istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir. Atılan bütün addımlar, əslində, dövlətin daim xalqın yanında olduğunun, dar ayaqda onun bütün ehtiyac və çətinliyini qarşıladığının, xalq - iqtidar birliyinin növbəti əyani təzahürü sayılır!

Operativ qərargahın həftə sonları vətəndaşlara evdən çıxma qadağasının qoyulması barədə təklifi tamamilə doğrudur və hamı tərəfindən dəstəklənməlidir: ”Vətəndaşlarımız özlərinin və doğmalarının sağlamlığını qorumaq üçün tibbi maskalardan istifadə etməli, gigiyena ilə bağlı tələblərə əməl etməlidirlər. 
Cənab Prezident İlham Əliyevin dünən Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ qərargahın tələb və tövsiyələrinə riayət etməlidir”.

Keçidlər