Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun dəstəyi ilə Salyanın Qarabağlı kəndində 100 yerlik uşaq bağçası tikilib

20 may 2020 | 16:00

Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və gələcəkdə intellektual qüvvə kimi yetişmələri üçün bu gün dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrin sırasında yeni uşaq bağçalarının inşası, mövcudlarının isə ən müasir səviyyədə yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Bu işlərdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri var. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond indiyədək bu sahədə çoxlu sayda layihə reallaşdırıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunun Qarabağlı kəndində tikilmiş 100 yerlik uşaq bağçası da bu işlərin ardıcıl xarakter aldığını açıq şəkildə nümayiş etdirir.

.

Keçidlər