Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

21 may 2020 | 16:00

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

Prezident cənab İlham Əliyev tərəfindən son aylarda ölkədə qayğıya xüsusi ehtiyacı olan təbəqənin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan humanist addımlar dövlət-vətəndaş həmrəyliyinin ən bariz nümunəsidir.Bu bir daha göstərir ki, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır. Prezidentimizin bütün fəaliyyəti xalqın sosial-rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir.
    Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətindəardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinindaha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır. Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlümexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
     Son aylar bəşəri bəlaya çevrilmiş, həmçinin çoxsaylı insan tələfatına və iqtisadi deqradasiyaya səbəb olmuş, xüsusən gərgin psixoloji böhran formalaşdırmış pandemiya şəraitində hökumət səviyyəsində qəbul edilmiş mühüm qərarlar, əvvəlcədən yaradılan infrastrukturlardan təyinatı üzrə istifadə edilməsi, eləcə də yeni istehsal və tibbi müəssisələrin inşası  həyata keçirilən siyasətin zaman baxımından doğruluğunu və vacibliyini bir daha göz önünə gətirir. İndiki şəraitdə dünyada yaranan xaos və nizamsız idarəetmədən fərqli olaraq cənab  Prezidentin xüsusi göstərişi ilə qısa müddətdə respublika ərazisində müvafiq tibbi məmulatların istehsalına başlanılması, respublikamızda maska və tibbi spirt qıtlığına rast gəlinməməsi dövlət başçısının qətiyyətindən və bənzərsiz idarəçilik qabiliyyətindən xəbər verir.
    Bu çətin günlərdə xalqı ilə həmrəy olmaq, o cümlədən işsizlər üçün müəyyənləşdirilmiş müavinətlərin verilməsində operativliyi təmin etmək,  aztəminatlı ailələrin övladlarının təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi kimi mühüm qərarlar qəbul etmək,  sahibkarlara bu çətin dönəmlərdə dəstək olmaq və s. məsələlər Azərbaycan xalqı tərəfindən xüsusi rəğbətlə qarşılanaraq humanist rəhbərə qarşı olan sevginin diapazonunu sərhədsiz genişləndirmişdir.  Bundan başqa, ən mürəkkəb vəziyyətlərdə, eləcə də həssas dönəmlərdə vətəndaşlarımızın birmənalı şəkildə ölkə rəhbərliyinin çağırışlarına adekvat cavab verməsi, o cümlədən sağlam cəmiyyət uğrunda aparılan mübarizədə önərilən tələblərə qarşı loyallıq göstərməsi dövlət başçısına olan hədsiz inam və etimadın nəticəsidir.
    Digər tərəfdən  ölkəmizdəki müsbət dinamika göz qabağındadır. Belə ki,  cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına görə  ümumi daxili məhsulda 1,1 faiz artım, qeyri-neft sektorunda isə 3 faizdən bir qədər çox artım qeydə alınmışdır. Bütün dünyanın koro¬navirus pandemiyasına görə böhrana düçar olduğu vaxtda ölkəmizdə həm ÜDM-də, həm də qeyri-neft sektorunda inkişafın qeydə alınması bir daha deməyə əsas verir ki, uğurla aparılan siyasət hər vəziyyətdə və hər cür şəraitdə öz bəhrəsini verir.
    Hər zaman olduğu kimi, koronavirus dövründə də əhalinin həssas qruplarına müvafiq yardımlar edildi. Bunun nəticəsidir ki, hər gün paytaxtdan və regionlardan Prezident İlham Əliyevin ünvanına minlərlə səmimi minnətdarlıq məktubları göndərilir. Bu məktublar insanların ölkə Prezidentinə olan inamının, etibarının daha bir təzahürüdür. Bu məktublar xalq-iqtidar birliyini bir daha ortaya qoyur.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi Salyan rayonunun da iqtisadiyyatı inkişaf etmiş, rayonda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmişdir. Salyan rayonunda  sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən  işlərin  davam etdirilməsi bunun əyani sübutudur. 
    Belə ki, 2020-ci ilin əvvəlindən  Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağlı kəndində 100 , hər biri 60 yerlik olan şəhər 3 və 9 saylı uşaq bağçası üçün,  Aşağı Kürkənd kəndində 360 və Qızılağac kəndində 1000 şagird yerlik tam orta  məktəbi üçün yeni bina tikilir. Eyni zamanda, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Birləşmiş Uşaq Xəstəxanasının, eləcə də Mərkəzi rayon Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinin əsaslı təmiri davam etdirilir. 11 km uzunluğunda Yuxari Noxudlu-Aşağı Noxudlu-Xurşud- Aşağı Kürkəndi kəndlərarası yolların təmir edilərək asfalt örtük çəkilməsi işləri davam etdirilir.
    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayonun Qaraçala qəsəbəsi ərazisində Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi üçün mini pambıq emalı müəssisəsinin, istixana kompleksinin və yardımçı binaların, rayonun Kürqaraqaşlı kəndi ərazisində isə müasir tələblərə cavab verən Dövlət Sort Sınaq Məntəqəsi üçün yeni inzibati binanın tikintisi davam etdirilir.
    Rayonda qeyri neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 sahibkara 1 milyon 373 min manat kredit verilmişdir.
2019-cu ildə rayon ərazisində işaxtaran əhali qrupu ilə bağlanmış əmək müqavilələrinin sayı 1321 nəfər olmuş, bundan 350 nəfəri özəl sektorun payına düşmüşdür. 2020-ci ilin 19 may tarixinə isə işaxtaran şəxslərlə bağlanmış əmək müqavilələrinin sayı 270 nəfər olmuşdur. Bundan, koronovirus pandemiyası (COVİD-19) dövründə dizinfeksiya işlərinə və 65 yaşdan yuxarı şəxslərə xidmət göstərmək üçün “İşsizin Dostu” proqramı çərçivəsində rayon ərazisində 265 nəfər sosial işçi kimi işə cəlb edilmişdir. İctimai işlərə cəlb edilmiş vətəndaşların plastik əmək haqqı kartları müvəkkil banklar tərəfindən hər bir vətəndaşın şəxsən özünə təqdim edilməsi həyata keçirilir.
    Cari ilin aprel ayının 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. O cümlədən, Salyan rayonu ərazisində aprel ayında 5659 nəfərə “Azərpoçt” MMC-nin Salyan Filialı tərəfindən 190 manat birdəfəlik müavinət verilmiş, həmin 190 manat birdəfəlik müavinət alan vətəndaşlara müvafiq banklar tərəfindən may ayı üçün müavinətlərin plastik kartlarla verilməsi həyata keçirilir. Qeyd edək ki, artıq 3 ildən çoxdur ki, Salyan rayonu dövlət büdcəsindən dotasiya almır, yerli büdcə hesabına özünü maliyyələşdirir.Beləliklə inanırıq ki, cənab Prezidentin  qarşıya qoyduğu vəzifələrə və sosial islahatlar proqramına uyğun olaraq, gələcəkdə də əmək, məşğulluq, sosial müdafiə sahəsində geniş islahatlar, sosial xidmətlərin genişləndirilməsi, qeyri-formal məşğul vətəndaşların formal məşğulluğa keçidinin sürətləndirilməsi və digər sahələrdə işlər davam etdiriləcəkdir. Bütün bunlar isə öz növbəsində  xalqımızın rifahının yaxşılaşmasına hesablanmışdır.


 

Keçidlər