Salyan rayonunda YAP –ın yaradılmasının 21- ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Salyan rayonunda YAP –ın yaradılmasının 21- ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir
Noyabırın 20- də Salyan şəhərində yeni istifadəyə verilmiş Heydər Əliyev mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 21 – ci ildönümü ilə əlaqədar elmi- praktik konfrans keçirilmişdir. Öncə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov YAP rayon təçkilatı idarə heyətinin üzvləri, partiyanın veteranları, ictimayyətin nümayəndələri umummilli liderimiz partiyanın banısı və ilk sədri Heydır Əliyevin abidəsi abidəsi önünə gül-çıçək dəstələri düzülmüş , ulu öndərin parlaq xatirəsi qarşısında ehtiramla baş əymişlər.
Elmi-praktiki konfransı giriş sözü ile açan YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov “Bu günün və gələcəyin partiyası” olan bu siyasi qurumun 21 ildə keçirdiyi şərəfli yol barəsində məruzə etmişdir. YAP nəzarət-təftiş Komissiyasının üzvü , YAP rayon təşkilatı idarə heyətinin üzvü , rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək bildirmişdirki 1992-ci ilin 21 noyabırında ulu öndər Heydər Əliyevin YAP in sədri seçilməsi ilə Azərbaycan güclü və sağlam dayaqlara söykənən bir partiyanın əsası qoyuldu. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsiylə üz-üzə qaldıgı çətin dövürdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək Azərbaycanımızı bir çox bəlalardan qurtarmış, qısa zamanda dünyada öz siyasəti , iqtisadi strategiyası olan müstəqil bir dövlət kimi tanınmışdır.
Elmi-praktik konfransda Azərbaycan Müəllimlər İnistitutu Salyan flialının direktor müəvini Təranə Nağıyeva YAP rayon təşkilatı qadınlar şurasının üzvü Adilə Əliyeva YAP rayon təşkilatı gənclər birliyinin üzvü Sahib Nağıyev AMİ-nin Salyan flialının müəllimi Aliyə Əmrahova, YAP Salyan rayon təşkilatının idarə heyətinin üzvü Elmar Əhmədov, YAP rayon təşkilatı gənclər birliyinin üzvü Lalə Həmzəyeva, YAP rayon təşkilatının şura üzvü partiya veteram Yavər Cəbrayılov çıxış etmişlər.
Konfransın sonunda rayonun ictimai siyasi həyatinda fəal iştirakına görə fərqlənən bir qrup şəxsə qiymətli hədiyyələr təqdim edilmişdir.