Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir.

02 may 2020 | 16:00

       02 may 2020-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov  inzibati ərazi dairə nümayəndələri ilə növbəti video-konfrans keçirmişdir.   Konfransda dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır. Rayon rəhbəri hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin “daim vətəndaşın yanında olun”, “biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videokonfrans vasitəsilə hər kəsi məsuliyyətli olmaqla  tələb olunan karantin rejiminin qaydalarına  əməl etməsi ilə bağlı ciddi göstərişlər vermişdir.

Keçidlər