Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə koronavirusla mübarizə aparan tibb işçilərinin sırasında Salyanlı həkimlərimizdə vardır.

09 aprel 2020 | 16:00

    Ölkəmizdə koronavirusla mübarizə aparan tibb işçilərinin sırasında Salyanlı həkimlərimizdə vardır. Bu mübarizə məqsədilə Salyan rayon Mərkəzi Xəstəxanasının həkimləri Astara Rayon Mərkəzi Xəstəxanasının karantin zonasında çalışırlar. Salyan Rayon İcra Hakimiyyəti başcısının təşəbbüsü və təşkilatcılıgı ilə aparatın məsul işçiləri və YAP Salyan təşkilatının könüllüləri koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə dəstək məqsədilə karantin zonasına təyin olunan həkimlərimizin ailələrinə baş çəkmiş, qayğıları ilə maraqlanmış, ailələləri ilə söhbətlər aparmışlar. Söhbət əsasında koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda xəstəxanalarda gecə-gündüz canını ortaya qoyan həkimlərimizin nə qədər fədakar və peşəkar olduqlarını bildirmiş, onlara təşəkkürlərini əllərinə qüvvət, canınlarına sağlıq diləmişlər.

 

 

 

Keçidlər