Salyanda Dövlət Bayraq Günü
Salyanda Dövlət Bayraq Günü
Noyabırın 8 – də Salyan rayonunda 9 noyabr Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir. Həmin gün Salyan şəhəri baram libasına bürünmüşdü. Təmizliyi ilə göz oxşayan küçələr, parklar, meydanlar göz oxşayırdı. binaların pencerelerində bayrağlarımız dalğalanırdı. Səhər saat 11 radələrində rayonun idarə müəssisə, təşkilatlarının kollektivləri, məktəblilər, hərbiçilərin götürdüyü möhtəşəm Azərbaycan bayrağının müşayiəti ilə Salyan rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısından Dövlət Bayrağı Meydanına yürüyüş etdilər.
Bayraq meydanında RİH başçısı Tahir Kərimov vurğulamışdır ki, bu il sentyabrın 4-də Salyan rayonuna tarixi səfər edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yeni İnşa edilmiş Dövlət Bayrağı Meydanının açılışında iştirak etmişdir. Bu fakt Salyanlıların qəlbində böyük fərəh və qürur hisləri doğurur.
RİH başçısı Tahir Kərimov çıxışının sonunda bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində Azərbaycanin ərazi Bütövlüyü tezliklə təmin olunacaq, üçrəngli bayrağımız doğma Qarabağda, Suşada, Xankəndidə dalğalanacaqdır.