Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi karantin rejiminə nəzarət gücləndirilir.

03 aprel 2020 | 16:00

      03 aprel 2020-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşlarının daxil olduğu mobil qrupların üzvləri və YAP könüllüləri xüsusi karantin rejiminin qaydalarının yerinə yetirilməsinə nəzarət etmək üçün rayonun ayrı-ayrı küçələrində və əhalinin daha çox toplaşdığı yerlərdə sakinlərlə fərdi qaydada söhbətlər aparmış, karantin rejiminin tələblərinə ciddi riayət etməli olduqlarını bildirmişlər. Vətəndaşlarla maarifləndirici söhbətlər aparılmaqla yanaşı, onlara tibbi maskalar da paylanılmışdır. İcra başçısı bildirmişdir ki, bu həssas dönəmdə hər kəs vətəndaş mövqeyindən çıxış etməli və çox təhlükəli olan infeksiya ilə mübarizə məqsədilə evdə qalmalı, xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidir.

Qeyd edək ki, paylanılan tibbi maskalar rayon sakinləri tərəfindən koronavirus pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədi ilə hazılanmışdır.

Keçidlər