Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda koronavirusla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan mobil qruplar vasitəsilə əhali arasında təbliğat işləri davam etdirilir.

30 mart 2020 | 16:00

Salyan rayonunda koronavirusla bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə yaradılan mobil qruplar vasitəsilə əhali arasında
təbliğat işləri davam etdirilir.

30 mart 2020-ci il tarixdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı və rayon icra hakimiyyəti aparatının məsul əməkdaşlarının daxil olduğu mobil qrupların üzvləri rayonun mərkəzi küçələrində sakinlərə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə etmişlər.
   Məlumat üçün bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin habelə digər qurumların nümayəndələrindən ibarət mobil qruplar yaradılmışdır.

 

Keçidlər