Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.

19 fevral 2020 | 16:00

Salyan Rayon İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi
inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə
əlaqədar hesabat yığıncağı keçirilmişdir.

19 fevral 2020-ci il tarixində Salyan rayonunda “Salyan rayon İcra hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”lə əlaqədar hesabat yığıncağı keçirilmişdir.
    Hesabat yığıncağında Azəbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, hesabat ili ərzində istər respublika, istərsə də rayonda əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. 
    Geniş hesabat məruzəsi ilə çıxış edən rayon rəhbəri ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan, rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən, həyata keçirilən infrastruktur layihələrindən və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.         
İdarə, müəssisə və təşkilat rəhbərlərinin məruzə ətrafında çıxışlarında təhsil, səhiyyə, mədəniyyət, həmçinin tikinti-quruculuq və abadlıq sahəsində görülən işlər ətraflı təhlil olunmuş, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı istiqamətində həyata keçirilən layihələr barədə danışılmış, habelə qarşıda duran həlli vacib məsələlər ətraflı müzakirə edilmişdir.
    Hesabat yığıncağında Azəbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev çıxış edərək, respublikamızda müxtəlif sahələrdə əldə olunan uğurlardan, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışmışdır.
    Sonda hesabat yığıncağında müzakirə olunan məsələyə dair  qərar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Keçidlər