Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Təhsil, din və dünyəvilik” mövzusunda regional konfrans keçirmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Təhsil, din və dünyəvilik” mövzusunda regional konfrans keçirmişdir.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının inzibati binasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Təhsil, din və dünyəvilik” mövzusunda regional konfrans keçirilmişdir.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, təhsil şöbəsinin müdiri, məktəb direktorları, direktorların təlim-tərbiyə işləri üzrə müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etmişlər. Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçının müavini mövzunun əhəmiyyətinə toxunmuş, gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkmişdir. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan natiq vurğulamışdır ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblər də daim diqqət mərkəzində saxlanılmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bəşər tarixinə nəzər saldıqda, dinin insanlar arasında birləşdirici funksiya daşımaqla bərabər, bəzi hallarda dini-etnik zəmində münaqişələrə səbəb olmasına da təsadüf edildiyini vurğulamış, bu cür münaqişələrin minlərlə insanın öz həyatını itirməsinə və din məhfumu ilə bağlı insanlarda neqativ düşüncənin formalaşmasına səbəb olduğunu qeyd etmişdir. Natiq sonda vurğulamışdır ki, gənclər dini radikalizm və ekstremizmin təsirinə düşməmək üçün təhsilə, elmə böyük önəm verməli, din haqqında bilgiləri düzgün mənbədən almalıdırlar.
Konfrans tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşmışdır.