Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov Salyan və Neftçaladan olan sakinləri qəbul etmişdir

13 dekabr 2019 | 16:00

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov
Salyan  və Neftçaladan olan sakinləri qəbul etmişdir


     13 dekabr 2019-cu il tarixində Salyan rayonunda Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov Salyan  və Neftçaladan olan sakinləri qəbul etmişdir. 
     Heydər Əliyev  Mərkəzində keçirilən qəbulda Salyan və Neftçala  rayonlarından 15 vətəndaş iştirak etmişdir. Vətəndaşların müraciətləri içməli su təchizatı, kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunmuş, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülmüşdür.


     

Keçidlər