Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş aşıq sənətinin yaşadılması, öyrənilməsi və təbliği istiqamətində tədbir keçirilmişdir

22 noyabr 2019 | 16:00

Salyanda YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş aşıq sənətinin yaşadılması, öyrənilməsi və təbliği istiqamətində tədbir keçirilmişdir

22 noyabr 2019-cu il tarixində Salyan Rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyətinin, Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı və “Dirili Qurbani” saz-söz məclisinin üzvlərinin iştirakı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş aşıq sənətinin yaşadılması, öyrənilməsi və təbliği istiqamətində tədbir keçirilmişdir.
     Tədbir Şirvan Aşıq Məktəbinin Muğan-Salyan (Aşıq Pənah Pənahovun yaradıcılığı əsasında) aşıqlarının həyat və yaradıcılığına, ağır və keşməkeşli həyat yoluna həsr edilmişdir. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Taryel Abbaslı qonaqları salamlamış, aşıq sənətinin təbliği və dirçəldilməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrdən bəhs etmiş, Salyan aşıq mühiti və triosu haqqında geniş çıxış etmişdir.
      Tədbir “Dirili Qurbani” saz-söz məclisi üzvlərinin, o cümlədən Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aşıq Əhliman Şirvanlının  çıxışları ilə davam etmişdir. Tədbirdə həmçinin Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gədəbəy Aşıq Musiqi Məktəbində toplanmış aşıq sənəti ilə bağlı materiallar sərgilənmişdir.

 

 

Keçidlər