Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətində “Narkomaniya, erkən nikahlar, məişət zorakılığı və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir

15 noyabr 2019 | 16:00

Salyan rayon İcra Hakimiyyətində “Narkomaniya, erkən nikahlar, məişət zorakılığı və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir

15 noyabr 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyyətində “Narkomaniya, erkən nikahlar, məişət zorakılığı və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak etmişdir.
     Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək narkomaniya, onun fəsadlarından, erkən nikahın törətdiyi bəlalardan, söz açmış, ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması sahəsində mühüm tədbirlərin həyata keçirildiyini  tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.  Rayon rəhbəri həmçinin  gənclərin  zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elm, təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulamışdır. Tədbirdə erkən nikahın səbəbləri, nəticələri mövzusunda çıxışlarda ailələrin sağlam təməllər üzərində qurulmasının əhəmiyyətindən danışılmış, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyi qeyd edilmişdir.
     Sonra rayon Polis Şöbəsinin rəisi Cəbrayıl Vəliyev, rayon Prokuroru Firdovsi Nemətli və başqaları çıxışlarında gənclərin narkomaniya kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələrdən, eləcədə erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial  problemlərin artmasına səbəb  olduğunu qeyd etmiş, bu hallara qarşı ziyalıları, müəllimləri, ictimai fəal gənclər və aidiyyatı yerli dövlət orqanlarının nümayəndələri cəlb olunmaqla mübarizənin aparılmasının vacibliyini vurğulamışlar.

 

 

Keçidlər