Salyanda "1 noyabr – Azərbaycan Respublikası Kənd Təsərrüfatı İşçiləri günü" münasibətiilə tədbir keçirilmişdir
Salyanda "1 noyabr – Azərbaycan Respublikası Kənd Təsərrüfatı
İşçiləri günü" münasibətiilə tədbir keçirilmişdir
Salyan rayon İcra Hakimiyyətində “1 Noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Əliağa Hüseynov, kənd təsərrüfatı işçiləri və təsərrüfat rəhbərləri iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik etmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən kənd təsərrüfatı sahəsində çalışanlara diqqətin və dövlət qayğısının məhz bu gün də dövlət başçımız İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdıran natiq Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2008-ci il tarixli sərəncamının xüsusi əhəmiyyətə malik olduğunu bildirmişdir. Tədbirdə çıxış edənlər son illər kənd təsərrüfatı sahəsində görülmüş işlərə və qazanılmış uğurlara görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda aqrar sahədə uzun illər səmərəli fəaliyyətlərinə görə rayonun bir qrup qabaqcıl kənd təsərrüfatı işçisi rayon İcra hakimiyyətinin başçısının Fəxri fərmanı ilə mükafatlandırılmışdır.