Salyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Aşağı Noxudlu kəndində səyyar-qəbul keçirmişdir
Salyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Aşağı Noxudlu
kəndində səyyar-qəbul keçirmişdir
22 oktyabr 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Aşağı Noxudlu kəndində növbəti səyyar-qəbul keçirmişdir.
Səyyar-qəbulda Azərbaycan Respublikası Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Əlibaba Əliyev iştirak etmişdir. Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənilmiş, izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Sonda çıxış edən sakinlər öz növbəsində onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər.