Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 18 Oktyabr-Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilmişdir.

18 oktyabr 2019 | 16:00

Rayonda 18 Oktyabr-Dövlət Müstəqilliyi gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilmişdir.

18 oktyabr 2019-cu il tarixində saat 11-00-da Salyan rayon İcra hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin,  Salyan rayon İcra hakimiyyəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilmişdir.
    Tədbirdən öncə  Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül-çiçək dəstələri düzülmüşdür.
     Tədbirdə Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini,  general–mayor Mayıl Şahverdiyev, Azərbaycan Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, şəhid ailələrinin nümayəndələri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
      Tədbirdə Salyan rayonunun məktəbliləri arasında  “Vətənin müdafiəsinə hazıram” devizi altında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə fəxri fərmanlar və hədiyyələr təqdim edilmişdir. Sonra tədbir geniş konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər