Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Xocalı kəndində əhali ilə görüş keçirmişdir

17 sentyabr 2019 | 16:00


Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Xocalı kəndində
əhali ilə görüş keçirmişdir

17 sentyabr 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Xocalı kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə sakinlərin müraciət, təklif və rəyləri dinlənilmiş, izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür. Vətəndaşlar ümumilikdə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən, yeni yol layihələrinin həyata keçirilməsindən, digər mədəni quruculuq işlərindən razılıq ifadə etmiş, kənddə 20 yerlik modul tipli məktəbin və Kürqaraqaşlı inzibati ərazi dairəsində yerləşən qonşu Ərəbqardaşbəyli kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 180 şagird yerlik ən müasir tələblərə cavab verən məktəbin tikintisinə başlanılmasını dövlətin vətəndaşların sosial rifahının yüksəldilməsinə, uşaqların keyfiyyətli təhsil almasına və sağlam böyüməsinə göstərdiyi davamlı diqqətin bəhrəsi kimi dəyərləndirmişlər.

Keçidlər