RİH başçısı Şorsulu əsəb nevroloji xəstəxanasına baxış keçirmişdir
RİH başçısı Şorsulu əsəb nevroloji xəstəxanasına baxış keçirmişdir
Şorsulu əsəb nevroloji xəstəxanası 40-50 il bundan əvvəl tikilmiş binada yerləşdiyi üçün günün tələblərinə cavab vermirdi. Keçən ilin iyün ayından ikimərtəbəli 100 çarpayılıq bina tikilmiş, mərkəzi qazanxana sistemi yaradılmış, 2.878 kvadratmetr ərazidə yaşıllıq salınmışdır. Yaşıllıq zolağında həmişəyaşıl ağaclar, bəzək və gül kolları əkilmiş, 50 və 60 kubmetrlik su rezervuarları yaradılmışdır.
Xəstəxananın baş həkimi Yaşar Kərimov yeni korpusa baxış keçirən RİH başçısı Tahir Kərimovu maraqlandıran suallara cavab vermiş,görülən işlərlə tanış etmişdir. RİH başçısı kişi və qadın şöbələrinə baxış keçirmiş, pasientlərə göstərilən xidmətin daha da yaxşılaşdırılması üçün tibbi personala tapşırıqlarını və tövsiyələrini vermişdir.