Salyan şəhər Mərkəzi Hacı Tağı məscidində qanvermə aksiyası keçirilmişdir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin və Salyan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Salyan şəhər Mərkəzi Hacı Tağı məscidində qanvermə aksiyası keçirilmişdir
10 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin və Salyan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Salyan şəhər Mərkəzi Hacı Tağı məscidində irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Şirvan bölməsinin Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürmüşlər. Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcəkdir.