Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Xurşud kəndində səyyar-qəbul keçirmişdi

15 avqust 2019 | 16:00

Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Xurşud kəndində

səyyar-qəbul keçirmişdi

15 avqust 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Xurşud kəndində növbəti səyyar-qəbul keçirmişdir. Səyyar-qəbulda Azərbaycan Respublikası Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Əlibaba Əliyev iştirak etmişdir. Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənilmiş, izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür. Qəbulda həmçinin rayonda həyata keçirilən quruculuq-abadlıq işləri, kənd təsərrüfatının və sahibkarlığın inkişafına verilən dəstək, maaş, pensiya və müavinətlərin artırılması və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə prezidenti tərəfindən qəbul olunan digər qərarları da yüksək qiymətləndirmişlər.

 

Keçidlər