Şriftin ölçüsü :

Saytın rəngi :

Şorsulu kəndində səyyar qəbul

11 dekabr 2013 | 16:00

Şorsulu kəndində səyyar qəbul

RİH başçısı Tahir Kərimov Şorsulu kənd ərazi nümayəndəliyində növbəti qəbul keçirmişdir. Səyyar qəbulda RİH başçısı yanında şuranın üzvləri, aidiyyati xidmət təşkilatlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
RİH başçısı Tahir Kərimov kənd əhalisi qarşısında çıxış edərək bu ilin oktyabr ayının 9-da keçirilən prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbəsindən doğan yüksək əhval-ruhiyyənin Şorsulu kəndində də olduğunu vurğulamışdır. Möhtərəm Prezidentimizin xalqın tələblərinə, arzu və təkliflərinə qayğı ilə yanaşmaq tapşırığına müvafiq olaraq  yerlərdə görüşlər keçirilir və qaldırılan problemlər operativ şəkildə həll edilir.
Kənd sakinlərindən Vaqif Mustafayev, Yaşar Cavadov, Mehriban Soltanova, Cavadağa Eyvazov, Bahadır Əliyev, Akif İbrahimov, Dəryagül Həsənova, Fuad Qəhrəmanov, şəhid atası Sərəncam İsmayılov və Xanım Hüseynova tədbirdə çıxış edərək möhtərəm Prezidentimizin parlaq qələbəsini böyük sevinclə qeyd etmiş, son illərdə rayonumuzda həyata keçirilən tikinti-quruculuq, abadlıq işlərini yüksək qiymətləndirmişlər.
Çıxış edənlər kənddə əkinlərin suvarılmasında problem olduğunu, yararsız elektrik dirəklərinin dəyişdirilməsini, kənddə uşaq bağçasının açılmasını xahiş etmişlər.
RİH başçısı Tahir Kərimov səyyar qəbulda qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün aidiyyati təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

Keçidlər