Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Salyan rayonundan olan vətəndaşları qəbul etmişdir

08 avqust 2019 | 16:00

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Salyan rayonundan olan vətəndaşları qəbul etmişdir

2019-cu ilin avqust ayının 8-də Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Salyan rayonundan olan vətəndaşları qəbul etmişdir.

Qəbullardan öncə mədəniyyət naziri Əbülfəs Qarayev və rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül- çiçək dəstələri düzmüşlər.

Qəbulunda iştirak edən vətəndaşlar tərəfindən rayonda mədəniyyət sarayının tikilməsi, su qülləsinin tarixi abidə kimi dövlət qeydiyyatına alınması, görkəmli bəstəkar mərhum Arif Məlikovun şəxsi əşyalarından Tarix-diyarşünaslıq muzeyinə verilməsinə köməklik göstərilməsi, yeni təmir olunmuş Salyan rayon Uşaq incəsənət məktəbinə inventar və avadanlıqların verilməsi ilə bağlı müraciət etmişlər. Görüşdə həmçinin vətəndaşlar rayonda görkəmli şəxsiyyətlərin yubiley tədbirlərinin ölkə üzrə virtual müsabiqəsinin təşkil olunması, mədəniyyət müəssisələrində xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün metodiki köməkliyin göstərilməsi məqsədilə nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşlarının rayona ezam olunması, xalçaçılıqla bağlı layihənin həyata keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırmışlar

Keçidlər