Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Quyçu kəndində səyyar-qəbul keçirmişdi
Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Quyçu kəndində səyyar-qəbul keçirmişdir
6 avqust 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Quyçu kəndində növbəti səyyar-qəbul keçirmişdir. Səyyar qəbulda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənilmiş, izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür. Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirimişlər.