Şriftin ölçüsü :

Saytın rəngi :

“22 İyul - Milli Mətbuat və Jurnalistika günü” münasibəti ilə tədbir keçirilmişdir

22 iyul 2019 | 16:00

“22 İyul - Milli Mətbuat və Jurnalistika günü” münasibəti ilə
tədbir keçirilmişdir


     22 iyul 2019-cu il tarixində “Milli Mətbuat və Jurnalistika günü” münasibəti ilə Salyan Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov mətbuat işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara yeni-yeni yaradıclıq uğurları arzulamışdır. Natiq ölkəmizdə mətbuatın inkişafına göstərilən dövlət dəstəyini, bu sahədə reallaşdırılan tədbirləri diqqətə çatdırmış, demokratik mətbuatın formalaşmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.
     Tədbirdə çıxış edənlər respublikamızda azad sözün və mətbuatın bərqərar olunması istiqamətində həyata keçirilən tədbirlərdən, mətbuata göstərilən dövlət dəstəyindən söhbət açmış, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidentinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
     Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Salyan Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Kərəm Muradova medal təqdim edilmişdir.

Keçidlər