Salyan rayonunun ümümtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir.
Salyan rayonunun ümümtəhsil məktəblərində “Son zəng”
tədbirləri keçirilmişdir.
14 iyun 2019-cu il tarixində Salyan rayonunun ümümtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilmişdir. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Qarabağlı-1kənd tam orta məktəbində keçirilən tədbirdə iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsində aparılan siyasətdən söz açmışdır. Daha sonra məktəbin müəllimləri, valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik emiş və onlara qədəm qoyduqları müstəqil həyatda uğurlar arzulamışlar.
Son zəng tədbirində iştirak edən Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin məsul işçisi Rövşən Ağayev məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər çür şərait yaradılmışdır. Belə bir mühitdə təhsil alan məzunlar Azərbaycanın inkişafı, ölkəmizin uğurlarına yeni uğurlar qazandırmaq üçün bütün qüvvələrini sərf etməlidirlər.
Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilmiş, ənənəvi “Son zəng” tədbirlərində şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, daha sonra son zəng çalınmışdır.
Rayonun bütün məktəblərində “Son zəng” tədbirləri yüksək əhval-ruhiyyə ilə başa çatmışdır.