Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Sarvan kəndində əhali ilə görüş keçirmişdir
Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Sarvan kəndində əhali ilə
görüş keçirmişdir
04 iyun 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Sarvan kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
Səyyar qəbulda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənilmiş, izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.