Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “Meliorasiya və Su təsərrüfatı işçiləri günü” münasibətilə tədbir keçirilmişdir.

03 iyun 2019 | 16:00

Salyan rayonunda “Meliorasiya və Su təsərrüfatı işçiləri günü” münasibətilə tədbir keçirilmişdir.
 

  İyun ayının 3-də Salyan rayon İcra hakimiyyətində “Meliorasiya Su təsərrüfatı və işçiləri günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov və “Azərsu” ASC-nin 4 saylı regional Su-Kanal İdarəsinin rəisi Azad Qurbanov, rayonda fəaliyyət göstərən meliorasiya su təsərrüfatı təşkilatlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra Babazanlı yaşayış sahəsində yeni çəkilmiş içməli su xəttinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı, diqqət və qayğısı ilə kənd və qəsəbələrin içməli su ilə təminatının  davam etdirildiyini bildirmiş, içməli suyun verilməsi münasibətlə sakinləri təbrik etmişdir.
      “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində qarşıya qoyduğu vəzifələrlə əlaqədar son illər bu sahədə görülmüş işlər barədə məlumat vermiş, şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının xüsusi diqqətdə saxlanıldığını bildirmişdir.
     Tədbirdə çıxış edən sakinlər əhalinin su təminatı sahəsindəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
     Sonra tədbir Salyan rayon İcra hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Çıxış edənlər ölkəmizdə digər sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda da qazanılan uğurlardan, bu sahənin daha da inkişaf etdirilməsinə dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışmış, meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramı münasibəti ilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışlar. Tədbirdə bir qrup meliorasiya və su təsərrüfatı işçisinə rayon İcra hakimiyyəti başçısının və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəxri fərmanları təqdim edilmişdir.

 

 

Keçidlər