Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının təşəbbüsü ilə Salyan rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir

23 may 2019 | 16:00

Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının təşəbbüsü ilə Salyan rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir

23 may 2019-cu il tarixində Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankının təşəbbüsü ilə Salyan rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürmüşlər. Keçirilən bu cür aksiyalar hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır.

Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcəkdir. 

Keçidlər