Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Çernobıl qəzasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

26 aprel 2019 | 16:00

Salyan rayonunda Çernobıl qəzasının 33-cü ildönümü ilə əlaqədar
tədbir keçirilmişdir
     

26 aprel 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətində Çernobıl qəzasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
   Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, Çernobıl qəzasında sağlamlıqlarını itirmiş insanların rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritetlərindən biri olduğunu vurğulamış, bu gün Çernobıl əlillərinin cəmiyyətimizdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirdiklərini qeyd etmişdir. Sonra Cernobıl Əlilləri Cəmiyyətinin Salyan rayon təşkilatının sədri və cəmiyyətin üzvləri cənab Prezidentə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
   Tədbirdə həmçinin xidmət təşkilatlarının rəhbərlərinə əlillərin qaldıqları məsələlərin ən qısa müddətdə həlli istiqamətində tapşırıqlar verilmişdir.

 

Keçidlər