Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ döyüşlərində torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhid zabitimiz Elsevər Hüseynovun xatirəsi anılmışdır

25 aprel 2019 | 16:00

Qarabağ döyüşlərində torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhid zabitimiz Elsevər Hüseynovun xatirəsi anılmışdır

26 aprel tarixində Salyan Tarix Diyarşünaslıq Muzeyində Qarabağ döyüşlərində torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhid zabitimiz Elsevər Hüseynovun xatirəsi anılmışdır. Xatirə mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, şəhidin ailə üzvləri, döyüşçü yoldaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.  Xatirə mərasimində şəhidin xatirəsi bir dəqiqəlik sükut ilə yad edildikdən sonra  həyat yolunu əks etdirən video-çarx nümayiş olunmuşdur.
    Mərasimdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Elsevər Hüseynovun qısa, lakin şərəfli döyüş yolundan söhbət açmışdır. Qeyd etmişdir ki, Bakı Ümumqoşun komandirlər məktəbinin məzunu olan E.Hüseynov Salyanın Babazənan yaşayış massivində doğulmuş, 1986-cı ildə zabit kimi Moskvaya hərbi xidmətə göndərilmişdir. 1992-ci ildə Qarabağ torpaqları erməni işğalçılarının təcavüzünə məruz qalan vaxtı Elsevər Hüseynov buna biganə qalmamış, doğulduğu yurda qayıdaraq torpalarımızın müdafiəsinə qalxmışdır. Bölmə komandiri kimi, Ağdərənin, Füzulinin bir çox yaşayış məntəqələrində gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdir. Son döyüşü 1994-cü il aprelin 24-dən 25-nə keçən gecə Ağdamın Şıxlar kəndində olmuş, döyüşçü yoldaşı ilə birgə mühasirəyə düşən Elsevər düşmənlə son ana kimi döyüşmüş və 60-dan çox silahdaşının həyatını xilas edərək 29 yaşında şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdikləri xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə Ümummilli lider Heydər Əliyevin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə Elsevər Sabir oğlu Hüseynov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
    Mərasimdə çıxış edən Elsəvər Hüseynovun döyüşçü yoldaşları, müəllimləri və ziyalılar şəhidlə bağlı xatirələrini bölüşmüş, şəhidlik zirvəsinə ucalan Vətən övladının xatirəsinin həmişə yad ediləcəyini, onun göstərdiyi qəhrəmanlığın gənclərə örnək olduğunu bildirmişlər.
    Tədbirin sonunda məktəblilərin iştirakı ilə vətənpərvərlik mövzusunda bədii kompozisiya nümayiş etdirilmişdir.

 

Keçidlər