Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Xələc kəndində əhali ilə növbəti səyyar-qəbul keçirmişdir
Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Xələc kəndində əhali ilə növbəti səyyar-qəbul keçirmişdir
16 aprel 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Xələc kəndində növbəti səyyar-qəbul keçirmişdir. Səyyar qəbulda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənilmiş, izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.